Medianews.az
Ağdamda boğulan ata və iki övladının kimliyi
178 baxış

Ağdamda boğulan ata və iki övladının kimliyi məlum oldu

Ağdam rayonunda faciə baş verib.

Medianews.az xəbər verir ki, hadisə rayonun Xaçındərbənd kəndi ərazisində yerləşən Xaçınçay su anbarında qeydə alınıb.

İlkin məlumata görə, Ağdam rayonunun Cinli kənd sakini iki övladı ilə birlikdə su anbarında çimərkən boğulub.

Hadisə ilə bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, "112" qaynar telefon xəttinə Ağdam rayonu ərazisində Xaçınçay su anbarında üç nəfərin batması barədə məlumat daxil olub.

Məlumat əsasında dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq axtarış-xilasetmə əməliyyatına başlayıblar.

Aparılan axtarışlar nəticəsində 1985-ci il təvəllüdlü Şərif Şəmsəddin oğlu İsgəndərovun, 2008-ci il təvəllüdlü Tunar Şərif oğlu İsgəndərovun və 2009-cu il təvəllüdlü Fidan Şərif qızı İsgəndərovanın meyitləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun