ABŞ-də 85 yaşlı kişi 25 yaşlı qadını qaçırılmaqdan xilas edib.
Medianews.az xəbər verir ki, hadisə Oreqon ştatında baş verib.
Məlumata görə, Mettyu Aranda adlı cinayətkar özünü kommunal xidmət əməkdaşı kimi təqdim edib və yaşayış parkında saatlarla qadını gözləyib. O, qadına elektroşoker tətbiq etdikdən sonra qadın kömək üçün qışqırmağa başlayıb. Bu zaman yaxınlıqdakı 85 yaşlı kişi müdaxilə edərək hücumçuya mane olub və qadının qaçmasına şərait yaradıb.
Bu vaxt cinayətkar yaşlı kişiyə elektroşoker tətbiq edib və böyük ov bıçağı ilə silahlanaraq qadının arxasınca qaçıb. O, qadının maşınının kapotuna tullanıb, lakin özünü itirərək yıxılıb və ağır xəsarətlər alıb. Yaralı cinayətkar kollara sürünərək gizlənməyi bacarıb. Çağırışa cavab verən polis tərəfindən tezliklə tutulub.
Məlum olub ki, Aranda artıq təcavüzdə məhkum edilib. 2016-cı ildə o, 16 yaşlı bir qızla cinsi əlaqədə olmaqda ittiham olunub. O vaxt onun 32 yaşı var idi.
Medianews.az