Medianews.az
52 yaşında ilk dəfə evləndi -
112 baxış

52 yaşında ilk dəfə evləndi - FOTOLAR

"Spice Girls" qrupunun üzvü Melani Si ilk dəfə nikah masasına əyləşib.

Medianews.az xəbər verir ki, 52 yaşlı müğənninin həyat yoldaşı avstraliyalı model Kris Dinqvolldur. Cütlük arasında 10 yaş fərq var.

Melani Si və Kris 2023-cü ildə tanışlıq tətbiqi vasitəsilə tanış olublar. Onların münasibəti qısa zamanda ciddiləşib və cütlük ailə qurmaq qərarına gəlib.

Toy İngiltərənin Kambria bölgəsində yerləşən malikanələrdən birində baş tutub. Mərasimdə "Spice Girls" qrupunun üzvləri iştirak etsələr də, Viktoriya Bekhem tədbirə qatıla bilməyib. Bildirilir ki, Viktoriya futbol üzrə dünya çempionatı ilə bağlı öhdəliklərinə görə toyda olmayıb. Lakin onun rəfiqəsi üçün gəlinlik hazırladığı iddia olunur.

Qeyd edək ki, son illərdə bir çox məşhurun tanışlıq tətbiqləri vasitəsilə sevgi tapması diqqət çəkir. Melani Si də bunun heç vaxt gec olmadığını göstərən məşhurlardan biri olub.//Axşam.az

Bizə qoşulun