Medianews.az
40 dəqiqə yerin altında:
52 baxış

40 dəqiqə yerin altında: Möcüzəvi şəkildə xilas oldu - VİDEO/FOTO

Kanadada qadın evə gedərkən qəfil quyuya düşüb.

Medianews.az xəbər verir ki, hadisə aprelin sonunda Vinnipeq şəhərində baş verib.

Qadın dostlarının maşınından düşüb bir neçə addım atdıqdan sonra qəfil yoxa çıxıb. Əvvəlcə dostları onun sadəcə yıxıldığını düşünsələr də, sonradan qadının yerin altına çökdüyünü görüblər. Onun yalnız başı və çiyinləri səthdə qalıb.

Qadının sözlərinə görə, hər şey bir anda baş verib: “Torpaq birdən ayağımın altından çəkildi. Necə yıxıldığımı xatırlamıram”.

Qadın öz gücü ilə çıxmağa çalışsa da, torpaq davamlı olaraq dağıldığı üçün buna nail ola bilməyib. Daha sonra dostları xilasediciləri çağırıb. Qadın təxminən 40 dəqiqə quyuda qalıb və xilasedicilər onu tros vasitəsilə çıxarıblar.

Xoşbəxtlikdən, hadisə zamanı o, xəsarət almayıb. Sonradan məlum olub ki, qadın əslində qapaqsız qalmış yağış sularını toplamaq üçün nəzərdə tutulmuş quyuya düşüb. Eyni küçədə daha bir belə təhlükəli quyu aşkarlanıb və ərazi hazırda mühafizəyə götürülüb.

Medianews.az

Bizə qoşulun