Ukrayna Təhlüksizlik Xidmətinin (SBU) polkovniki
İvan Voroniçi güllələyən və Kiyev yaxınlığında zərərsizləşdirilən killerlərin fotosu yayılıb.

Ukrayna hakimiyyətinin versiyasına görə, SBU polkovniki İvan Voroniçin qətlə yetirilməsində ittiham olunan Nərmin Quliyeva və Xaqani Gülalızadə bu gün səhər saatlarında saxlanılmağa cəhd edilərkən öldürülüblər.

Ukrayna Milli Polisinin məlumatına görə, “təqsirləndirilən şəxslər düşmən xüsusi xidmət orqanının tapşırıqlarını yerinə yetirərkən, silah anbarının yerini öyrənmiş və həmin silahlarla bu cəsarətli qətli törətmişlər. Hadisədən sonra onlar “gözəgörünməz” olmağa çalışsalar da, polis və SBU-nun birgə işi nəticəsində yerləri müəyyən edilib”.

Bundan əvvəl Ukrayna KİV-ləri polkovnikin qətlində şübhəli bilinən şəxslərə dair axtarış elanının fotolarını yayımlamış və həmin şəxslərin Nərmin Quliyeva və Xəqani Gülalızadə olduqları göstərilmişdi. SBU da şübhəlilərdən birinin qadın olduğunu təsdiqləmişdi.
Güləlizadənin sosial şəbəkə profilində yaşayış yeri olaraq Bakı göstərilib.

İvan Voroniç iyulun 10-da öldürülüb. Ukrayna Ali Radasının sabiq deputatı İqor Mosiyçukun sözlərinə görə, o, Xüsusi Əməliyyatlar Mərkəzinin 16-cı idarəsinin 1-ci şöbəsində baş əməliyyatçı vəzifəsini tuturmuş. Onu səsboğucu ilə təchiz olunmuş tapançadan beş dəfə atəş açmaqla güllələyiblər.
“New York Times”ın məlumatına görə, Voroniç Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumlarında və “DNR” silahlısı Arsen Pavlovun (“Motorola”) öldürülməsi əməliyyatında iştirak edib.
[caption id="attachment_849683" align="alignnone" width="544"]

İvan Voroniç[/caption]
1991-ci il təvəllüdlü Nərmin Quliyeva və 1981-ci il təvəllüdlü Xəqanı Gülalızadə — hər ikisi Azərbaycan vətəndaşıdır. Quliyeva Ukrayna ərazisinə 2025-ci il mayın 15-də Moldovadan daxil olub, Gülalızadəyə isə cinayətkar qruplaşmalarla əlaqələrinə görə 2030-cu ilə qədər ölkəyə giriş qadağan edilsə də, buna baxmayaraq Kiyevdə peyda olub, – deyə Ukrayna mediası bildirir.
Elçin Alıoğlu