21.06.2025, 10:36
219 baxış
Lamiyə
Oğlan 3 metrlik timsahın hücumundan sağ çıxdı
Meksikada on yaşlı uşaq balıq tutarkən az qala timsahın qurbanı olacaqdı.
Medianews.az xəbər verir ki, hadisə Kompostela bələdiyyəsinin La Penita de Haltemba kurort ərazisində baş verib.
Uşaq böyüklərin müşayiəti olmadan balıq tutmaq üçün bataqlığa girib.
O, ərazinin yırtıcıların məskəni olduğuna dair xəbərdarlıq işarələrinə məhəl qoymayıb. Nəticədə oğlan üç metrlik timsahın hücumuna məruz qalıb.
Uşaq xilas ola bilib və kömək çağırıb. O, sağ qalıb və təcili xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti ilə bağlı təfərrüatlar məlum deyil.
Qeyd olunur ki, yerli sakinlərin təhlükəsizlik qaydalarına etinasız yanaşması və timsahlardan əziyyət çəkməsi ilk dəfə deyil.
Medianews.az