28.05.2025, 21:20
160 baxış
Azad
Evdə təmir iki qardaşın həyatına son qoydu - Neftçalada dəhşət
Neftçala rayonu, Xol Qaraqaşlı kəndi ərazisində yerləşən birmərtəbəli beşotaqlı fərdi yaşayış evində təmir işləri aparılan zaman yanğınla müşayiət olunan partlayış baş verib.
Yanğın nəticəsində təmir işləri aparılan ümumi sahəsi 30 kv.m. olan otağın qamışdan ibarət tavanı və pəncərə çərçivəsi yanıb.
Oxu.az-ın məlumatına görə, usta olan qardaşlar evin döşəməsinə dolğu vuran zaman onlardan biri siqaret çəkmək üçün alışqanı yandırıb. Bu zaman evdə partlayış baş verib. Partlayış dalğasının təsirindən 2001-ci il təvəllüdlü Bayram Bəylər oğlu Əzizov vəfat edib.
1995-ci il təvəllüdlü Babək Bəylər oğlu Əzizov isə müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, Babək Əzizov xəstəxanada dünyasını dəyişib.
Qardaşların ataları onlar uşaq olan vaxt vəfat edib.
Bayram Əzizov subay olub.
Babək Əzizovdan iki övlad yadigar qalıb.
[gallery columns="1" size="full" link="file" ids="830813,830814,830815"]