Medianews.az
İdmançı son anda timsahdan<span style=color:red> xilas oldu  
110 baxış

İdmançı son anda timsahdan xilas oldu  

Hindistanda Aqradan olan 18 yaşlı milli səviyyəli yüngül atlet Karen Kumar Çambal çayında çimərkən timsahın hücumuna məruz qalıb. Medianews.az xəbər verir ki, hadisə mayın 13-də baş verib. Yırtıcı oğlanın ayağından tutub, sonra onun qoluna keçib və ətini qoparıb. İdmançı aldığı xəsarətlərə və qan itkisinə baxmayaraq, ona hücum edən yırtıcı ilə mübarizə apara bilib. Bir neçə dəqiqə heyvanın üzünə vurub. Kumar sahilə çatdıqdan sonra yerli sakinlər onu ən yaxın xəstəxanaya aparıblar. Onun vəziyyəti hazırda stabildir, lakin həkimlər tam sağalana qədər məşq etməyi qadağan ediblər. Medianews.az

Bizə qoşulun