19.05.2025, 07:45
129 baxış
Lamiyə
Timsah kişini dostunun qarşısında PARÇALADI
İndoneziyada kanalda üzən kişi timsahın qurbanı olub.
Medianews.az xəbər verir ki, çərşənbə günü, mayın 14-də 45 yaşlı kişi Sumatra adasındakı kanalda cansız vəziyyətdə tapılıb.
Milli axtarış və xilasetmə agentliyi Basarnas-ın sözçüsü Əbdül Malik bildirib ki, kişi çərşənbə axşamı günortadan sonra dostu ilə orada çimərkən timsah ona hücum edib. Dostu onun əlindən tutmağa çalışsa da, onu xilas edə bilməyib.
Xilasedicilər cəsədi indoneziyalının yırtıcı tərəfindən parçalandığı yerdən təxminən 200 metr aralıda tapıblar.
İndoneziya digər ölkələrlə müqayisədə daha çox timsah hücumlarına məruz qalır. 2015-ci ildən 2024-cü ilə qədər 1100-dən çox hücum qeydə alınıb, onlardan 550-dən çoxu ölümcül olub.
Medianews.az