08.05.2025, 14:16
89 baxış
Lamiyə
İldırım vuran iki qadın sağ QALDI
Taylandda Praçinburi əyalətində atəşfəşanlıq festivalına gələn iki nəfər ildırım vurması nəticəsində sağ qalıb.
Medianews.az xəbər verir ki, hadisə mayın 4-də Nadi rayonunda baş verib.
Hadisələr zamanı şiddətli tufan başlayıb. Oravan adlı 35 yaşlı qadın azyaşlı oğlu ilə məclisdə olub. Yağan leysan zamanı ildırım birbaşa Oravanı vurub və onun huşunu itirməsinə səbəb olub. Yaxınlıqdakı Orapin Sisonqkram da zədələnib.
Oravan çiyinlərindən ağır xəsarətlər alıb və rayon xəstəxanasına aparılıb. Orada onun vəziyyəti stabilləşib. Lakin hələ də şiddətli ağrıları var. Sisonqkram demək olar ki, zədəsiz idi. Həkimlər onu yerində müayinə edərək evə göndəriblər.
Medianews.az