Medianews.az
Spirtdən zəhərlənmələr - <span style=color:red>Partiya sədrinin sualları var
166 baxış

Spirtdən zəhərlənmələr - Partiya sədrinin sualları var

İxtisasca iqtisadçı olan REAL Partiyasının sədri Natiq Cəfərli son günlər ölkədə etil (texniki) spirtindən ölümlə nəticələnmiş zəhərlənmələrlə bağlı məsələ qaldırıb. Medianews.az-ın məlumatına görə, N.Cəfərli sosial media hesabında bu barədə yazıb: “İki il əvvəl mediaya açıqlama verib demişdim ki, spirtli içkilərlə bağlı daha təhlükəli məsələ var. Bildirmişdim ki, rəsmi istehsalçıların məhsullarının qiyməti daha kəskin artdıqca bazara kustar üsullarla istehsal olunmuş məhsulların çıxmasına yol aça bilər ki, bu da insanların həyatı üçün çox təhlükəlidir. Bunun bir müddət sonra zəhərlənmə, hətta ölüm hallarına gətirib çıxara biləyini vurğulamış, hökuməti çox diqqətli davranmağa çağırmış, bildirmişdim ki, əgər hər il və 6-7 aydan bir qiymətlərin sürətlə artması baş verəcəksə, insanların sağlam həyat tərzini təşviq etmək əvəzinə sağlamlığa ciddi ziyan vura biləcək məqamlar da yarana bilər”. Daha sonra son bir həftədə Bakının Sabunçu və Suraxanı rayonları ərazisində bir sıra vətəndaşların etil spirtindən zəhərlənərək ölməsi faktına toxunan N.Cəfərli qeyd edib: “Xəbər yayılıb ki, zəhərlənməyə səbəb “Starlyuks” adı altında satışa çıxarılan spirtdir və həmin malın sahibi, iş adamı həbs edilib. Mən həbsin dəqiq səbəbini bilmirəm, amma o iş adamı məgər içmək üçün istehsal edib o məhsulu? Yox, kimsə ağılsızlıq edib alıb içirsə, buna iş adamı neyləsin?! Yaxşı, tutalım, iş adamının günahı var, bəs hökumət son 5 ildə bir neçə dəfə vergi-aksizləri artıraraq qiymətlərin yüksəlməsinə, bununla da adamların kustar, sağlamlığa ziyan vuracaq içkilərə yönəldiyinə görə məsuliyyət daşıyırmı? Suallara cavab verən tapılacaqmı?”

Bizə qoşulun