O, bunu etməməsinin müqabilində 1000 manat pul tələb edərək alıb.
Məsələ ilə bağlı araşdırma aparılır.
21.01.2025, 07:53
158 baxış
Azad
Xalq artisti videosu ilə ŞANTAJ OLUNDU - FOTO
Xalq artisti Miri Yusifin prodüseri, teleaparıcı Emin Əfəndi sənətçinin hədələnməsi ilə bağlı xəbərə aydınlıq gətirib.
Medianews.az oxu.az-a istinadla xəbər verir ki, E.Əfəndi bu barədə sosial şəbəkə hesabında yazıb:
"Doğrudur, yanvarın 19-u mənə qarşı bu cür xoşagəlməz bir hal yaşandı və dərhal aidiyyəti orqanlara müraciət etdim. Qeyd etmək istəyirəm ki, xəbərdə göstərilən kimi heç bir maliyyə ödənişi etməmişik. Sadəcə, məsələnin hüquqi müstəvidə həlli üçün lazımi addımları atmışıq.
Son vaxtlar bu cür kibercinayətlər adi hala çevrilib və təəssüf ki, bir çox insan bu vəziyyətlə üzləşə bilər. Bu da ölkəmizdə daha ciddi maarifləndirmə işlərinin aparılmasını tələb edir".
Xalq artisti Miri Yusifin prodüseri, teleaparıcı Emin Əfəndi təhdid edilib.
Medianews.az oxu.az-a istinadla xəbər verir ki, yanvarın 19-u naməlum şəxs "WhatsApp" vasitəsilə teleaparıcıya mesaj yazaraq prodüseri olduğu Miri Yusifin videolarını yayacağı ilə bağlı hədələyib.
O, bunu etməməsinin müqabilində 1000 manat pul tələb edərək alıb.
Məsələ ilə bağlı araşdırma aparılır.
O, bunu etməməsinin müqabilində 1000 manat pul tələb edərək alıb.
Məsələ ilə bağlı araşdırma aparılır.