Dünyanın ən aktiv şəkildə istifadə edilən mesajlaşma platforması olan WhatsApp son dövrlərdə də qeyri-adi yeniliklərini davam etdirir.
Meta şirkətinə məxsus WhatsApp-ın tətbiqdaxili ünsiyyətdə telefon nömrələrini aradan qaldıracaq funksiyanı sınaqdan keçirdiyi öyrənilib.
Medianews.az xəbər verir ki, bu yeniləmə ilə istifadəçilər bir-biri ilə əlaqə saxlamaq üçün artıq telefon nömrələrini paylaşmaq məcburiyyətində qalmayacaqlar.
Son açıqlanan yeniləmədə mesajların 15 dəqiqə ərzində yenidən redaktə edilməsi variantının təqdim ediləcəyi və yeniləmənin qısa müddətdə bütün dünyada yayımlanacağı açıqlandı.
WABetaInfo tərəfindən sızdırılan məlumata görə, istifadəçilər sınaq mərhələsində olan xüsusiyyət sayəsində “ləqəb” təyin edərək ünsiyyət qura biləcəklər. Bu yeniləmə ilə istifadəçilər bir-biri ilə əlaqə saxlamaq üçün artıq telefon nömrələrini paylaşmaq məcburiyyətində qalmayacaqlar.
Məlumatı sızdıran WABetaInfo, xüsusiyyətin hələ sınaq mərhələsində olduğunu və yeniləmənin nə vaxt gələcəyinin bəlli olmadığını bildirib.
Medianews.az