Azərbaycan “Henley & Partners Visa Restrictions Index” pasportlar reytinqində 76-cı yerdə qərarlaşıb və ölkə vətəndaşları dünyanın 70 ölkəsinə vizasız gedə bilərlər.
Bu barədə təşkilatın 2023-cü ilin birinci rübünə dair hesabatında qeyd edilir.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycan bu reytinqdə 78-ci yerdə qərarlaşmışdı ki, bu da ötən illə müqayisədə bir ölkə çoxdur.
Reytinqdə ilk sıranı 193 ölkəyə vizasız getmək hüququ verən Yaponiya pasportu tutur. Sonrakı yerlərdə Sinqapur və Cənubi Koreya (192) qərarlaşıb.