Milyonçunun narkoz əvəzinə mahnısını seçdiyi, sonra avtomobil bağışladığı MÜĞƏNNİ KİMDİR? – VİDEO

“2000-ci illərdə əməliyyat olunan bir milyonçu ona narkoz vurulmasını istəmir. O, mərhum müğənni Baloğlan Əşrəfovun ifasını dinləyərək əməliyyat olunmaq istədiyini deyir”.

Medianews.az xəbər verir ki, bu sözləri aparıcısı aktrisa Fidan Axundova söyləyib.

Onun aparıcısı olduğu “O üz” verilişinə qonaq olan Baloğlan Əşrəfovun oğlu Peyman Əşrəfov isə bu faktı təsdiq edib:

“Atam özü də məsləhət bilmirdi ki, biz həmin şəxsin adını səsləndirək. Amma belə bir hal baş verib. Sözügedən şəxs atama avtomobil hədiyyə edib. Daha sonra həmin maşını atam mənə bağışladı”.

Xatırladaq ki, Əməkdar artist Baloğlan Əşrəfov ötən ilin aprelində 70 yaşında koronavirusdan vəfat edib.

DAHA ÇOX OXU

SON XƏBƏR