Şimali Koreya Xarici İşlər Nazirliyi öz rəsmi saytında çox sərt bəyanatla çıxış edib.
Medianews.az xəbər verir ki, edilən açıqlamada ABŞ-ın Asiyada NATO kimi hərbi ittifaq qurmaq planında olduğu iddia edilib.
“Yaponiya və Cənubi Koreya ilə birgə hərbi təlimlər keçirən ABŞ Asiyada NATO-ya bənzər birlik yaratmağa çalışır”, – deyə məlumatda bildirilir.
Bu il bir-birinin ardınca raket sınaqları keçirərək beynəlxalq ictimaiyyətin reaksiyasına səbəb olan Şimali Koreya son zamanlar ABŞ-ın Cənubi Koreya və Yaponiya ilə birgə təlimlər keçirməsindən narahat olduğunu dilə gətirib.
Açıqlamada, “bu təlimlər “diplomatik əlaqə” və “şərtsiz dialoq” bəyanatları verən ABŞ-ın ikiüzlülüyünü ortaya qoyur”,-deyə qeyd edilib.
Leyla, Medianews.az