Rusiyanın tanınmış balerinası Anastasiya Voloçkova Ukrayna olayları zamanı bu ölkənin müdafiəsinə qalxdığı üçün başı dərdə girib.
Virtualaz.org saytı Lifenews portalına istinadən xəbər verir ki, Voloçkovanın Rusiya hüquq-mühafizə orqanları ilə ciddi problemi yaranıb. Putin hakimiyyətinin nümayəndələri balerinanı bu “siyasi özbaşınalığına” görə cəzalandırmaq qərarına gəliblər. 38 yaşlı Voloçkova fahişəlikdə ittiham olunur.
Belə ki, Moskva şəhərinin Şukino rayonunun polis şöbəsinə vəkil S.B.Jorin tərəfindən daxil olan ərizədə Anastasiya Voloçkovanın fahişəliklə məşğul olduğu iddia edilir. Vəkil bildirib ki, balerina bir kişi ilə telefon söhbətində pul əvəzinə seksual xidmət təklif edib. Polisdən bildirilib ki, bu, inzibati qanun pozuculuğu sayılır və əgər iddia doğrulsa, balerinaya qarşı böyük məbləğdə pul cəriməsi kəsilə bilər.
Xəbərdə o da deyilir ki, A.Voloçkova hazırda duldur. O, əvvəl biznesmen İqor Vdovinlə evli olub. Voloçkovanın həmin nikahdan Ariadna adlı 8 yaşlı qızı var. Əgər balerinaya qarşı iş dərinləşsə, o, məhkəmə yolu ilə analıq hüququndan da məhrum edə bilər. Belə ki, Voloçkovaya qarşı “öz əxlaqsız hərəkətləri ilə azyaşlı uşağın tərbiyəsinəmənfi təsir göstərmək” ittihamı irəli sürmək elə də çətin deyil.