Medianews.az
Zəminə Nəcəfova
99 baxış

Zəminə Nəcəfova VƏFAT ETDİ - FOTO

Naxçıvan Dövlət Universitetinin "Xalq çalğı alətləri" kafedrasının dosenti, Əməkdar müəllim Zəminə Nəcəfova vəfat edib.

Medianews.az xəbər verir ki, Zəminə Məhərrəm qızı Nəcəfova 1969-cu ildə Naxçıvan şəhərində anadan olub.

O, 1988-ci ildə Naxçıvan Orta İxtisas Musiqi Məktəbini, 1993-cü ildə isə Azərbaycan Dövlət Konservatoriyasını kamança ixtisası üzrə bitirib.

Z.Nəcəfova əmək fəaliyyətinə musiqi təhsili sahəsində başlayıb. O, 1991–2017-ci illərdə Naxçıvan Musiqi Kollecində kamança müəllimi kimi çalışıb. Eyni zamanda, 2001-ci ildən Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərib. Universitetdə əvvəl müəllim, 2008-ci ildən baş müəllim, 2012-ci ildən isə dosent vəzifəsində işləyib.

Uzun illər pedaqoji fəaliyyət göstərən Zəminə Nəcəfova musiqi təhsilinin inkişafına verdiyi töhfələrlə tanınıb. O, 2015-ci ildə “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülüb.//Musavat.com

Allah rəhmət eləsin!

Bizə qoşulun