Xəbər verdiyimiz kimi, Xalq artisti Şeyx Əbdül Mahmudov xəstəxanaya yerləşdirilib.
Medianews.az axşam.az-a istinadən xəbər verir ki, aktyor “Qafqazinfo”ya səhhətindən danışıb. 82 yaşlı aktyor bildirib ki, hazırda səhhətindəki problemlərlə bağlı müalicə alır:
“Ötən gün xəstəxanaya yerləşdirildim. Yanaşı gedən xəstəliklərimlə bağlı müalicə alıram. Əslində özümü yaxşı hiss edirdim. Qrip olduqdan sonra məndə boğulma yarandı. Sanki səhhətimdəki bütün problemlər yenidən baş qaldırdı. Səhvim o oldu ki, evdə müalicə etdirdim. Vaxtında xəstəxanaya gəlmədim. İndi mənə yaxşı baxırlar, görək necə oluram...".