Medianews.az
Azərbaycanda harada nə qədər maaş verilir?
119 baxış

Azərbaycanda harada nə qədər maaş verilir?

Son rəsmi hesabatda Azərbaycanın muzdlu işçilərinin orta aylıq nominal əməkhaqqı 1089,2 manat göstərilib.

Medianews.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi 2025-ci il dekabrın 1-nə iqtisadi fəaliyyət növlərini belə sıralayıb:

mədən sənayesi - orta maaş 3678,4 manat

maliyyə və sığorta fəaliyyəti - 2859,9 manat

informasiya və rabitə - 1865,6 manat

peşə fəaliyyəti, elmi və texniki fəaliyyət - 1798,5 manat

nəqliyyat və anbar təsərrüfatı - 1528,5 manat

dövlət idarəetməsi və müdafiə; sosial təminat - 1475,6 manat

daşınmaz əmlakla əlaqədar əməliyyatlar - 1183,7 manat

tikinti - 1165,9 manat

elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı - 1134 manat

emal sənayesi - 992,4 manat

əhaliyə səhiyyə xidməti və sosial xidmətlərin göstərilməsi - 937,1 manat

istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət - 871,5 manat

təhsil - 805 manat

turistlərin yerləşdirilməsi və ictimai iaşə - 782,5 manat

su təchizatı, tullantıların təmizlənməsi və emalı - 752,1 manat

ticarət; nəqliyyat vasitələrinin təmiri - 741,8 manat

inzibati və yardımçı xidmətlərin göstərilməsi - 727,2 manat

kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq - 688,3 manat

başqa sahələrdə xidmətlərin göstərilməsi - 1275,8 manat.

Ölkədə minimum aylıq əməkhaqqı 400 manatdır.

2025-ci ilin yanvar-noyabr aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz artıb.

Azərbaycanda pensiyalar hər il yanvarın 1-də orta aylıq maaşın illik artım tempinə uyğun indeksləşdirilir. 2026-cı il üzrə artım faizi fevralda açıqlanacaq.

Medianews.az

Bizə qoşulun