Medianews.az
Alim Qasımovdan SƏMİMİ ETİRAF:
79 baxış

Alim Qasımovdan SƏMİMİ ETİRAF: “Onlarla oxuyub özümü reklam edirəm”

“Mən özümü gənclərlə reklam edirəm”.

Medianews.az xəbər verir ki, bu sözləri Xalq artisti, xanəndə Alim Qasımov “Xəzər axşamı” verilişində deyib.

Aparıcının “Siz həmişə gənclərlə oxuyursunuz, onlara dəstək olursunuz” fikrinə xanəndənin reaksiyası belə olub:

“Mən onlarla oxuyanda həm də özümü reklam edirəm. Cavan müğənninin öz publikası var. Düzdür, gənclərin publikasında muğama qulaq asanlar var, amma çox deyil. Amma mən onlarla oxuyuram, əvəzində gənc nəsli muğamatı dinləməyə sövq edirəm. Muğamı gənclərə tanıdıram. Məsələn, mən vaxtilə Vaqif Gərayzadənin mahnılarını oxumuşam, rusdilli publika o mahnıları sevdi. Sonra başladılar muğama qulaq asmağa. Yolda ruslar məni saxlayıb rus dilində deyirdilər: “Əhsən, nə gözəl oxumusan”./Yenicag.az

Bizə qoşulun