Medianews.az
Azərbaycanda valyuta məzənnələri yanvar ayı ərzində necə dəyişib?
99 baxış

Azərbaycanda valyuta məzənnələri yanvar ayı ərzində necə dəyişib?

Azərbaycan Mərkəzi Bankı yanvarın son iş günündə 100 Türkiyə lirəsini 3 manat 91 qəpiyə təklif edir.

Medianews.az bildirir ki, bu, ilin siftəsindən 4 qəpik aşağı qiymətdir.

2021-2025-ci illərdə 100 lirənin rəsmi kursu 22 manat 91 qəpikdən 3 manat 96 qəpiyə düşüb, 2026-cı il 3 manat 95 qəpiklə başlayıb.

İlə 1,9859 manatla start verən avro yanvarın 30-da 2,0272 manata satılır.

Gürcüstan larisinin rəsmi məzənnəsi ay ərzində 0,6305 manatdan 0,6322 manata, 100 Rusiya rublunun qiyməti 2,1157 manatdan 2,2385 manata yüksəlib.

ABŞ dollarının rəsmi məzənnəsi 2018-ci il martın 7-dən 1,7 manatdır.

Valyuta kursları hərraclarla tənzimlənir. Dövlət Neft Fondu Mərkəzi Bankın 2025-ci ilin üç rübündə keçirdiyi valyuta hərraclarında 4,3 milyard ABŞ dolları məbləğində vəsait satıb.

Analoji satış həcmi 2016-cı ildə 4,9 milyard, 2017-ci ildə 3,6 milyard, 2018-ci ildə 6,5 milyard, 2019-cu ildə 6,6 milyard, 2020-ci ildə 7,3 milyard, 2021-ci ildə 6,7 milyard, 2022-ci ildə 4,7 milyard, 2023-cü ildə 2,7 milyard, 2024-cü ildə 7,1 milyard dollar göstərilib.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun