Medianews.az
Atasından ayda 1 milyon dollar xərclik
60 baxış

Atasından ayda 1 milyon dollar xərclik alır

Bruklin Bekhem və valideynləri Devid-Viktoriya Bekhem arasındakı böhran dərinləşdikcə, həyat yoldaşı Nikola Peltzin milyarder atasından aldığı iddia edilən aylıq 1 milyon dollar xərclik yenidən səs-küyə səbəb olub. 

Medianews.az xəbər verir ki, valideynləri ilə bağlı qalmaqallı açıqlamalar verən Bruklinin Nikola ilə birgə şam edərkən çəkilmiş fotosu diqqət çəkib. Belə ki, şam süfrəsində 17 000 funt sterlinq (təxminən 40 000 AZN) dəyərində qiymətləndirilən dünyanın ən bahalı desert şərablarından biri -  “Château d'Yquem” yer alıb. Bu içkilərdən birinin 1811, digərinin isə 1831-ci il istehsalı olduğu bildirilir. 

İddialara görə, Nikolanın atası Nelson Peltz qızına ayda təxminən 1 milyon dollar müavinət verir.

Qeyd edək ki, Nikolanın atası Nelson Peltzin 1.6 milyard dollar, Bekhemlərin isə 680 milyon dollar sərvəti var. 

Bizə qoşulun