ABŞ Prezidenti Donald Tramp narkotik və maddə asılılığı ilə mübarizənin gücləndirilməsini nəzərdə tutan prezident sərəncamı imzalayıb.
Medianews.az xəbər verir ki, imzalanma mərasimi Ağ Evdə keçirilib.
Mərasimində çıxış edən Tramp bildirib ki, ölkədə hər il narkotik və alkoqol asılılığı ilə əlaqədar təxminən 300 min insan həyatını itirir.
Prezident yeni təşəbbüsün “Böyük Amerikanın Sağalma Təşəbbüsü” adlandırılacağını açıqlayıb və bunun asılılıqla mübarizədə dönüş nöqtəsi olacağını vurğulayıb. Onun sözlərinə görə, real itkilər açıqlanan rəqəmlərdən daha yüksək ola bilər.
Sərəncama əsasən, narkotiklə mübarizə sahəsində bütün federal qurumlar daha sıx koordinasiya şəraitində fəaliyyət göstərəcək. Tramp bu addımı asılılıq probleminə qarşı daha təsirli və sistemli mübarizənin başlanğıcı kimi qiymətləndirib.
Medianews.az