Medianews.az
Xalq artistindən Nadirə CAVAB: “Açıq-saçıq, dodaq şişirdilmiş haldadırlar, toydan vaxt edib sənətlə məşğul olsunlar” -
131 baxış

Xalq artistindən Nadirə CAVAB: “Açıq-saçıq, dodaq şişirdilmiş haldadırlar, toydan vaxt edib sənətlə məşğul olsunlar” - FOTO+ÖZƏL

“Bütün günü evdəyəm. Evdən çölə çıxa bilmirəm. Həkimlər də deyir ki, təmiz havada gəzməlisiz. Gücüm çatmır. Ürək təzyiqi mənim səhhətimi pisləşdirir. Hər şeyi də ürək həll edir. Şükür Allaha yaxşı oğlum var. Rəşad Haşımovu hamı yaxşı tanıyır. Mən onu elə böyüdüb tərbiyə vermişəm ki, hələ bir dəfə də olsun üzümə ağ olmayıb. Mən xoşbəxt ana, xoşbəxt nənəyəm. Ürəyimi heç nə sıxmır. Nə dolanışığımdan, nə də yaşayışımdan gileyliyəm. Bir az ürəyimi sıxan mövzu “Şöhrət” ordeninin mənə verilməməsi idi. Buna görə xəstələnib yatağa düşdüm. Sonra oğlum dedi ki, “ana, bu mövzularda danışma”. Uzun sözün qısası Rəşad Haşımov bu mövzularda danışmağımı istəmir, mənə qadağan edib. Nazirliyə də müraciət etmişdim, amma heç bir cavab gəlmədi. Mən mədəniyyətimizin inkişafı üçün əlimdən gələn hər şeyi etmişəm. Bir ana iki qızı ilə dolana, yola gedə bilmir. Mən görün incəsənət aləminə nə qədər müğənnilər yetirmişəm. Hamısı da xalq artisti, əməkdar artistlərdir”.

Bunu Medianews.az-a açıqlamasında Xalq artisti, ustad tarzən Ceyran Haşımova deyib. 

Xalq artisti müğənni Nadir Qafarzadənin “yaşlı sənətkarlar artıq kənara çəkilməlidir” sözünə belə münasibət bildirib:

“Yaşlı insanlardan kim qalıb ki? Hamısı dünyasını dəyişib də. Yaşlı sənətkar niyə gedib evdə oturmalıdır ki?! Əgər mənim səhhətim yaxşıdırsa niyə efirə çıxmamalıyam ki?! Vallah, mənə həftədə 10 kanaldan zəng edirlər. Təşəkkür edirəm, amma gedə bilmirəm. Kim mənə 92 yaş verər?! Heç kim! İndi cavanlar çıxır efirə. Hamısı açıq-saçıq geyinir, üz-dodaq da şişdirilmiş halda. Gərək onlar çıxsınlar efirə?! “Lalə qızlar” ansamblındakı qızlar heç vaxt açıq-saçıq geyinməyib. Yaxşı, mən çıxıb oturum evdə, qoy mənim yerimi cavanlar tutsun. Mən bir söz demirəm ki.. Amma hansı cavanlardır onlar?! Yaşlılar evdə darıxırlar, çünki sənətkardırlar. İndiki cavanlar bizim cavanlığımızdakı kimi işləyirlər?! Əlbəttə ki, yox. Toylara gedib pullarını qazanırlar. Toya gedib pul qazanan adam sənəti ilə necə məşğul ola bilər ki? Onun vaxtı var ki, sənətinə nəsə etsin?! Biz bütün dünyanı gəzmişik. İndi hansı müğənni qastrol səfərinə gedir? Çox nadir hallarda ola bilər”.

Qeyd edək ki, Müğənni Nadir Qafarzadə “İncə səhər” verilişində bəzi yaşlı sənət adamları ilə bağlı diqqətçəkən fikirlər səsləndirib. O, illərdir səhnədə olan bəzi ifaçıların artıq kənara çəkilməsinin vaxtı çatdığını bildirib:

"Əsas insanın ağlı getməsin. Bəzi sənətkarlara baxıram, onlara illərlə pərəstiş etmişik. Zamanıdır, onlar getməlidirlər. Yaş öz sözünü deyib. Məni pis başa düşməsinlər”.

Əli Əsgər,

Medianews.az

Bizə qoşulun