Medianews.az
WUF13 iştirakçıları “shuttle” avtobuslardan
177 baxış

WUF13 iştirakçıları “shuttle” avtobuslardan çox razıdırlar

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində forum iştirakçılarının tədbir məkanı olan Bakı Olimpiya Stadionu istiqamətində rahat və fasiləsiz hərəkətini təmin etmək məqsədilə “shuttle” (xüsusi nəqliyyat xidməti) avtobuslar gücləndirilmiş rejimdə fəaliyyət göstərir.

Xüsusi marşrut üzrə təşkil olunan avtobuslar gün ərzində qısa intervallarla operativ xidmət göstərərək yerli və xarici qonaqların forum ərazisinə rahat çatdırılmasını təmin edib. “Shuttle” xidmətindən istifadə edən sərnişinlər arasında müxtəlif ölkələrdən Bakıya gələn forum iştirakçıları da yer alıblar.

WUF13-ün üçüncü günü də yüksək təşkilatçılıq şəraitində uğurla başa çatıb. Əcnəbi iştirakçılar “shuttle” xidmətinin operativ və rahat təşkil olunduğunu qeyd edərək məmnunluqlarını ifadə ediblər. Forum ərazisinə gediş-gəliş zamanı lentə alınan maraqlı görüntüləri Medianews.az olaraq təqdim edirik.

Mushfiga Bayramova

Bizə qoşulun