Medianews.az
“Vüqar Türkana, Baləliyə irad tuta bilər, Brilliant xanıma yox, cılızdır, çıxıb ondan üzr istəməlisən” -
198 baxış

“Vüqar Türkana, Baləliyə irad tuta bilər, Brilliant xanıma yox, cılızdır, çıxıb ondan üzr istəməlisən” - qalmaqal ALOVLANIR+ÖZƏL

“Zaman-zaman televiziyalarda və sosial şəbəkələrdə bizim zəngin irsimiz olan musiqimiz haqqında, biri-birindən gözəl, fərqli sənətkarlarımız haqqında müxtəlif insanlar tərəfindən fikirlər, onlar haqqında analizləri qarşımıza çıxır. Bəzən bu fikirlər müsbət olsa da, bir çox hallarda mənfi xarakter daşıyır. Yəni biz tamaşaçıları və sənətçiləri qıcıqlandırır. Musiqimizin keşiyində duran bəstəkarlarımız, musiqişünaslarımız var ki, onlar zaman-zaman fikirlər bildirirlər. Bu normal və gözləniləndir. Bu günlərdə meyxanaçı Vüqar Əbdülov xalq artisti Brilliant Dadaşovanın mahnıları və ifası haqqında fikir bildirib. Onun bu fikri şəxsən mənə cılız gəldi. Vüqar Əbdülov bilmirəm bu cəsarəti hardan alırsa, durub Brilliant xanımın ifası haqda, nəyi harada oxuması haqda fikir bildirir. Axı sən o səviyyədə deyilsən! Vüqar Əbdülov Türkan Vəlizadə, Baləli haqda fikir bildirə bilər. O hələ Brilliant xanım haqda fikir bildirmək dərrakəsində və səviyyəsində deyil”

 

Bunu Medianews.az-a açıqlamasında əməkdar artisti Elza Seyidcahanın müğənni bacısı Rasimə Seyidcahan deyib. O daha sonra xalq artistinin sənətini və səsini yerə-göyə sığdırmayıb:

“Yadımdadır, Brilliant xanımgil 5 bacı idilər, gəlib o vaxt çadır toylarında sənət göstərirdilər. Bəzi bacıları qarmonda, nağarada çalırdı, digərləri də ifa edirdilər. Vüqar Əbdülov Brilliant xanıma müraciətində deyir ki, toyda nə istəyir oxusun, efirdə oxumasın! Brilliant xanım toyda da, efirdə də nə lazımdırsa onu oxuyur! Toy sənin üçün nədir ki?! Toy ali məclisdir, Allahın ilahi konstitutsiyasıdır. Brilliant xanımgilin toyu aparma məclisləri də yüksək səviyyədə olurdu. Brilliant xanımın bu gün toy aparması da böyük məktəbdir. Brilliant xanım “Gülnarə” mahnısına da öz əlavələri, xırdalıqlarını edib. Bu musiqinin satirik janrıdır. Onun çox iti musiqi duyma qabiliyyəti var. Belə bir sənətkara necə irad bildirmək olar?! Brilliant xanımı analiz etmək sənin üçün deyil. Bir yandan da yaxşıdır ki, danışırlar və dar düşüncələrini nümayiş etdirirlər. Brilliant xanım haqda Flora Kərimova kimi sənətkar fikir bildirə bilər, Vüqar Əbdülov yox! Brilliant xanımın neçə-neçə tələbələri var. O bir məktəbdir. Ondan ancaq öyrənmək olar. Durub ona yersiz irad bildirmək düzgün deyil. Lalə Məmmədova da həmin verilişdə qonaq idi. Mən çox istərdim və gözləyirdim ki, Lalə xanım da orada öz fikrini bildirsin. Verilişin aparıcısı Afaq Gəncəli də yerində müdaxilə edə bilərdi. Ən azından xəbərdar olmalı idi. Qonağı hansısa sənətkar haqda fikir bildirirsə, o həmin şəxsi yerindəcə susdurmalı və sualları ilə onu düşünməyə vadar etməli idi. İlin-günün bu vaxtında, mənşəyi bilinməyən ifaçıların olduğu dövrdə Brilliant xanımın ifasını, yanaşmasını ucuz tutmaq olmaz. Məncə Vüqar Brilliant xanımdan üzr istəməlidir”.



Rasimə Seyidcahan bildirib ki, Vüqar Əbdülov meyxanaçı adından istifadə edərək efir vasitəsilə insanları ələ salır:

“Vüqar Əbdülov meyxanaçıdır amma onlar illərdir yığışıb bir janrlarının adını belə doğru-düzgün qoya bilmirlər. Mey içki yeridir, xana da ev deməkdir. Bizdə kitabxana, yeməkxana, hamamxana var. Meyxana da içki yeridir də. Bu janrın adı olmalıdır. Ya söz xiridarı olmalıdırlar, ya da bədihəçi.. Mən şəxsən meyxana adı ilə razı deyiləm. Bugünlərdə meyxanaçılar bir veriliş açmışdılar. Dünyanın qısaboylu bir qadını var. Adı Cioti Amgedir. Onun adını bilərəkdən səhv tələffüz edib, başladılar ələ salmağa. O boyda kişilər özləri deyib, özləri güldülər. Doğurdan da elə bil meyhanədə oturub, öz aralarında danışırdılar. Halbuki bu efir idi. Bu insanlardan adam nə öyrənə bilər?”.

Əli Əsgər
Medianews.az

Bizə qoşulun