Medianews.az
Van Deyk ÇL-in tarixinə düşdü -
43 baxış

Van Deyk ÇL-in tarixinə düşdü - “Qarabağ”la oyunda 3 assist edib

Vircil van Deyk UEFA Çempionlar Liqası Liqa mərhələsinin 8-ci turunun “Qarabağ”la matçında unikal göstəriciyə imza atıb.

“Qafqazinfo” xəbər verir ki, “Liverpul”un kapitanı Azərbaycan çempionu ilə oyunda 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Niderlandlı futbolçu bir Çempionlar Liqası oyununda 3 assist edən ilk ilk mərkəz müdafiəçisi olub. 34 yaşlı müdafiəçi Aleksis Makallister, Yoqo Ekitike və Federiko Kyezanın qol vurmasına şərait yaradıb.

Qeyd edək ki, “Liverpul” – “Qarabağ” qarşılaşması İngiltərə təmsilçisinin 6:0 hesablı qələbəsi ilə başa çatıb.

Bizə qoşulun