Medianews.az
“Qarabağ”ın sükançıları
61 baxış

“Qarabağ”ın sükançıları

Ağdamın “Qarabağ” futbol komandasının əsas uğurları 1972-ci il təvəllüdlü Qurban Qurbanovun baş məşqçiliyi dövrünə düşür. Medianews.az bildirir ki, komanda onun rəhbərliyi altında 11 dəfə ölkə çempionu olub, 6 dəfə Azərbaycan kubokunu qazanıb.

12 mövsüm UEFA-nın klub turnirlərinin əsas mərhələlərinə vəsiqə alan komandanın bu cəbhədə ən böyük uğuru Çempionlar Liqasının 2025-2026 mövsümündə yaşanır: ağdamlılar 1/16 finaldadır.

Qurban Qurbanov futbolçu karyerası ərzində Azərbaycanın “Daşqın”, “Turan”, “Kür-Nur”, “Neftçi”, “İnter”, Gürcüstanın “Mertsxali”, “Alazani”, Rusiyanın “Dinamo” (Stavropol), “Fakel”, “Baltika”, “Volqar” klublarında və Azərbaycan milli komandasında hücumçu mövqeyində çıxış edib.

2006-cı ildə futbolçu karyerasını başa vuran Qurban Qurbanov əvvəl Bakının “İnter” klubunun idman direktoru vəzifəsində çalışıb, sonra “Neftçi”də baş məşqçi və idman direktoru vəzifələrini tutub.

“Qarabağ”da baş məşqçisi postunu 2008-ci ildən tutan Qurban Qurbanov 2017-2018-ci illərdə Azərbaycan milli komandasının da sükanı arxasında dayanıb.

Medianews.az komandanın məşqçi korpusundakı başqa şəxsləri də təqdim edir.

Məşqçi Elçin Rəhmanov

1979-cu ildə doğulub. Mərhum futbolçu Əli Rəhmanovun oğludur.

“Neftçi”, “Qarabağ”, “Şəfa” klublarında oynayıb, Azərbaycan millisində çıxış edib.

Məşqçi Müşfiq Hüseynov

1970-ci ildə doğulub. “Kəpəz”, “Neftçi”, “Qarabağ”, “MKT-Araz” klublarının oyunçusu olub.

2008-ci ildən “Qarabağ”ın məşqçisi korpusundadır.

Məşqçi Zaur Tağızadə

1979-cu ildə doğulub. Azərbaycanın “Kür-Nur”, “Şəfa”, MOİK, “Neftçi” klublarının, İslandiyanın “Akranes”, Estoniyanın “Lelle”, “Flora” komandalarının, Azərbaycan millisinin formasını geyinib.

“Neftçi”nin əvəzedici heyətinin məşqçisi olub. “Qarabağ”ın məşqçi korpusunda 2011-ci ildən yer alır.

Qapıçı hazırlığı üzrə məşqçi Elxan Həsənov

1967-ci ildə doğulub. “Neftçi”, “Kəpəz”, “Xəzər” (Sumqayıt), “Karvan” komandalarında və “Turku” (Finlandiya) klubunda oynayıb. Azərbaycan milli futbol komandasının qapısını qoruyub.

Fiziki hazırlıq üzrə bolqarıstanlı məşqçi Çudomir Cokarov

1976-cı ildə doğulub. Bolqarıstanın “Lokomotiv” (Plovdiv), “Vihren” klublarında, Azərbaycanın “Bakı” komandasında çalışıb.

Medianews.az

Bizə qoşulun