Medianews.az
Metroda qatarların hərəkəti ləngiyir -
39 baxış

Metroda qatarların hərəkəti ləngiyir - YENİLƏNİB

Bu gün saat 17:03 radələrində metronun “Nərimanov” stansiyasında qatarda texniki nasazlıq yaranıb. Köməkçi qatarın cəlb olunması ilə nasaz qatar xətdən çıxarılıb və “Nərimanov” elektrik deposuna yola salınıb.

Bu barədə Medianews.az-a "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Bildirilib ki, əvəzinə ehtiyat qatar xəttə buraxılıb. Hazırda Yaşıl və Qırmızı xətlərdə intervalda 20 dəqiqəyədək yubanmalar müşahidə olunur. İntervallar qısa müddətdə bərpa olunacaq.

Bənövşəyi xətdə və “Cəfər Cabbarlı-Xətai”, “Həzi Aslanov-Əhmədli” mənzillərində qatarlar qrafik üzrə hərəkət edir.

***

17.36

Bu gün saat 17:03 radələrində metronun “Nərimanov” stansiyasında qatarda texniki nasazlıq yaranıb.

Bu barədə Medianews.az-a "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Məlumata görə, qatar köməkçi qatar vasitəsilə xətdən çıxarılır. Bu səbəbdən Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkətində gecikmələr var.

Bizə qoşulun