Yasamal rayonu ərazisində yerləşən evlərin birindən 708 manat, mobil telefon və bank kartı oğurlanıb. Bu barədə zərərçəkən polisə müraciət edib.
Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 26 yaşlı L.Xudaverdiyeva müəyyən olunaraq saxlanılıb.
Rayon ərazisində qeydə alınan digər bir oğurluq hadisəsi zamanı zərərçəkənin itirdiyi bank kartını tapıb 495 manatlıq alış-veriş edən 47 yaşlı P.Sultanova da polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar aparılır.