Mütəxəssislər əllərin dərisini cavanlaşdırmağın üç yolunu açıqlayıb.
Medianews.az Lent.az-a istinadən bu 3 üsulu təqdim edir:
Əllər bədənin sahibinin yaşını ən tez üzə çıxaran hissələrindən biridir. Birinci və ən vacib məqam günəşdən qoruyucu kremdən istifadədir. Onu yalnız üzə deyil, əllərə də çəkmək lazımdır.
Günəşdən qoruyucu krem dərinin gəncliyini qoruyan əsl vasitədir. SPF tərkibli kremin müntəzəm istifadəsi əllərin dərisini ultrabənövşəyi şüaların zərərli təsirindən qoruyur və vaxtından əvvəl qocalmanın qarşısını alır.
Siyahıda ikinci yerdə üz üçün nəzərdə tutulan gecə bərpaedici maska dayanır. Mütəxəssislər tövsiyə edir ki, pilinq təsirli maskanı əllərin arxa hissəsinə və barmaq uclarına çəkin.
Maska quruduqdan sonra üzərinə qidalandırıcı krem sürtün və gecə boyunca saxlayın. Gecə boyu dərin nəmləndirmə sayəsində əlləriniz sanki heç vaxt yüklənməyə məruz qalmamış kimi hamar və baxımlı görünəcək.
Üçüncü məsləhət isə retinolun, yəni A vitamininin istifadəsidir.
Dermatoloqlar bildirir ki, pilinq etmədiyiniz günlərdə əllərin arxa hissəsinə az miqdarda retinol çəkmək dərinin bərpa prosesini sürətləndirir və bu təsir üz dərisinə göstərilən qulluqla eynidir.