UEFA Çempionlar Liqasının səkkizinci həftəsində "Benfika" evdə "Real Madrid"i 4-2 hesabı ilə məğlub edərək pley-offa yüksəlib.
Milli.Az xəbər verir ki, qalibiyyəti "Benfika"nın qapıçısı Trubinin 90+8-ci dəqiqədə vurduğu qol təmin edib.
Matç zamanı əvəzlənən futbolçu Arda Güler meydandan çıxarkən verdiyi reaksiya ilə diqqət çəkib. O, şikayətlənərək, "Niyə həmişə meydandan çıxarılan mən oluram? Artıq kifayətdir!" deyib.
Bu anlar sosial mediada geniş müzakirə olunub.