Medianews.az
"Azərbaycanlı" adı varkən "azəri"
57 baxış

"Azərbaycanlı" adı varkən "azəri" demək doğrudur?

Azərbaycanda "azəri" sözü ətrafında mübahisələr yenidən gündəmə gəlib. Milli Məclisin İnsan hüquqları komitəsində deputat Səyyad Aran bu terminə etiraz edərək, "azəri" sözünün yalnız İranda yaşayan müəyyən bir etnik qrupu ifadə etdiyini və buna görə də bu adı istifadə etməyin düzgün olmadığını vurğulayıb. O, "azəri" sözündən imtina edilərək, əvəzinə "azərbaycanlı" adının istifadə olunmasının daha doğru olduğunu qeyd edib.

Bu mövzu ilə bağlı Baku TV-nin "Aktual Gündəm" verilişində müzakirələr aparılıb.

"Azərbaycanlı" adı varkən "azəri" demək doğrudurmu? "Azəri" anlayışı etnik ad, yoxsa siyasi konstruksiyadır? "Azəri" termini elmi baxımdan nə dərəcədə əsaslıdır?

Deputat Hikmət Babaoğlu, filologiya elmləri doktoru, professor İlhami Əsgərov, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli, Xalq şairi Sabir Rüstəmxanlı və tarix elmləri doktoru, dosent Ramil Ağayev bu və digər suallar ətrafında mövqelərini ifadə ediblər.

Bizə qoşulun