Medianews.az
Ulduz futbolçu "Arsenal"a
106 baxış

Ulduz futbolçu "Arsenal"a qayıda bilər

"Bayern"in vingeri Serj Qnabri İngiltərə Premyer Liqasına qayıda bilər.

Medianews.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.

Futbolçunun bu yay transferində "Arsenal" maraqlıdır. Almaniyalı oyunçunun hüquqları 2011-2016-cı illərdə London klubuna məxsus olub. Lakin bu müddətdə o, "topçular"ın heyətində cəmi 18 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Serj Qnabri 2017-ci ildə 8 milyon avro qarşılığında "Verder"dən "Bayern"ə transfer olunub. Onun müqaviləsi 30 iyun 2028-ci ilə qədər qüvvədədir.

Qeyd edək ki, cari mövsümdə vinger Münhen klubunun heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 10 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizə qoşulun