Medianews.az
Türkiyə XİN İranın Naxçıvana dron hücumu ilə bağlı:
126 baxış

Türkiyə XİN İranın Naxçıvana dron hücumu ilə bağlı: Türkiyə bundan sonra da Azərbaycanın yanındadır

Türkiyə Xarici İşlər Nazirliyi İranın Naxçıvana dron hücumu ilə bağlı bəyanat yayıb.

"Report" xəbər verir ki, nazirliyin bəyanatında Naxçıvan Muxtar Respublikasına həyata keçirilən pilotsuz uçuş aparatları (PUA) hücumlarını qətiyyətlə pislənilib.

"Bölgədə üçüncü ölkələri hədəf alan və müharibənin yayılması riskini artıran bu cür hücumlara dərhal son verilməsinin zəruriliyini bir daha vurğulayırıq. Türkiyə bundan sonra da hər zaman olduğu kimi Azərbaycanın yanında olmağa davam edəcək", - bənayat mətnində qeyd olunub.

Bizə qoşulun