ABŞ Prezidenti Donald Tramp DÇ-2026-nın 1/8 finalında Meksika ilə qarşılaşmada (3:2) İngiltərə millisinin kapitanı Harri Keynin nümayiş etdirdiyi oyundan heyran qalıb.
Medianews.az xəbər verir ki, Tramp, öz rəsmi sosial şəbəkə hesabında paylaşım edərək ingilis hücumçuya yüksək qiymət verib: "İngiltərəli Harri Keyn – MÖHTƏŞƏM oyunçudur!!!"
Cari dünya çempionatında vurduğu qolların sayını 6-ya çatdıran Harri Keyn, bombardirlər yarışının liderləri olan Lionel Messi, Kilian Mbappe və Erlinq Holanddan cəmi bir qol geri qalır.
Qeyd edək ki, bu qələbə ilə 1/4 finala yüksələn İngiltərə yığması növbəti mərhələdə Norveç millisi ilə qarşılaşacaq.
Medianews.az