Avstraliyada 10 yaşlı qız sosial mediada gördüyü trendi təkrarlamaq istəyərkən ağır xəsarət alıb.
Bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, o, jel ilə doldurulmuş "squishy" oyuncağını 30 saniyə mikrodalğalı sobada qızdırdıqdan sonra sıxmağa çalışıb. Bu zaman oyuncaq partlayaraq qızın üzündə ikinci dərəcəli yanıqlara səbəb olub.
Hadisədən sonra uşaq dərhal xəstəxanaya çatdırılıb. Müalicə zamanı onun bədən temperaturunun 34 dərəcəyə qədər düşdüyü və hipotermiya riski ilə üzləşdiyi bildirilib.
Mütəxəssislər xəbərdarlıq edib ki, bəzi "squishy" oyuncaqların tərkibindəki kimyəvi maddələr qızdırıldıqda yüksək təzyiq yaradır və partlama riski artır. Bəzi məhsullar cəmi 15 saniyə qızdırıldıqda belə 200 dərəcədən yüksək temperatura çata bilir./publika.az

