Medianews.az
Ağdamdakı yanğın 4 kəndin ərazisinə yayıldı -
147 baxış

Ağdamdakı yanğın 4 kəndin ərazisinə yayıldı - Video

Ağdam rayonunda açıq ərazidə iki gün əvvəl başlayan yanğın genişlənərək dörd kəndin ərazisinə keçib.

Medianews.az bildirir ki, yanğın Kəngərli kəndi istiqamətində minadan tam təmizlənməmiş ərazilərdə davam etdiyindən alovun söndürülməsi çətinləşib.

Nəticədə yanğın Göytəpə, Qərvənd, Şıxlar və Bayramlar kəndlərinin ərazilərinə yayılıb.

Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ağdam Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomobili və şəxsi heyəti cəlb olunub.

Yanğınsöndürənlər alovun keçmiş təmas xəttinə yaxın yaşayış məntəqələrinə keçməsinin qarşısını almaq üçün söndürmə və məhdudlaşdırma işlərini davam etdirirlər. Mina təhlükəsi yanğınla mübarizə tədbirlərini çətinləşdirən əsas amillərdən biridir.//qafqazinfo

Bizə qoşulun