Türkiyənin Manisa vilayətində mikroavtobusun minik avtomobili ilə toqquşması nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb.
Medianews.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Qəza nəticəsində mikroavtobusdakı bir sərnişin hadisə yerində həyatını itirib.
Məlumata görə, hadisə yerinə təcili tibbi yardım, polis, jandarm və yanğınsöndürmə briqadaları cəlb olunub.
Yaralananlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.