1985-ci ildə SSRİ rəhbəri Mixail Qorbaçov və ABŞ Prezidenti Ronald Reyqanın görüşdüyü Cenevrə gölünün sahilində yerləşən "Villa Fleur d'Eau" 15,8 milyon dollara satılıb.
Medianews.az Milli.Az-a istinadən xəbər verir ki, 993 kvadratmetrlik bina 12,3 milyon İsveçrə frankına satılıb ki, bu da onun təxmini 23 milyon frank dəyərinin az qala yarısı deməkdir.
1867-ci ildə tikilmiş villada 26 otaq, göl mənzərəsi və 3200 kvadratmetrdən çox park var. 1996-cı ildən bəri əmlak beynəlxalq şirkətə məxsusdur.
Villa ötən ildən satışa çıxarılıb.