Medianews.az
Putinin Paşinyana xəbərdarlığı -
115 baxış

Putinin Paşinyana xəbərdarlığı - Bu, nadir hallarda baş verir

Politoloq Elxan Şahinoğlu Rusiya prezidenti Vladimir Putinin Ermənistanın baş naziri Nikol Paşinyanla dünənki görüşünü Medianews.az-a şərh edib.

O bildirib ki, Putin Paşinyana qəti şəkildə “Ya Avropa İttifaqını, ya da Avrasiya İqtisadi İttifaqını seçməlisiz, ikisi bir arada mümkün deyil” xəbərdarlığını edib:

“Putin vaxtilə eyni sözləri Ukraynanın prezidenti Viktor Yanukoviçə də demişdi, bunun nə ilə nəticələndiyi bəllidir, iki ölkə arasında müharibə beşinci ilinə keçib. Yəni Putin sanki Paşinyana da demək istədi ki, yanlış qərar versəz, bunun Ukrayna kimi Ermənistan üçün də ağır nəticələri olacaq.

Paşinyanın Putinə cavabı bu oldu ki, Ermənistan hələ o mərhələyə çatmayıb ki, Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında seçim etsin.

Ümumiyyətlə iki liderin mətbuat qarşısında dünənki görüşü qarşılıqlı ittihamlar şəklində keçdi. Bu, nadir hallarda baş verən hadisədir. Hər iki lider fikirlərini diplomatik tərzdə ifadə etməyə çalışsalar da, Paşinyan Putinin hər təklifinə faktiki mənfi cavab verdi”.

Nailə Qasımova,
Medianews.az

 

Bizə qoşulun