Məşhur müğənni, SSRİ-nin xalq artisti Alla Puqaçova Kiprdəki villadan köçmək fikrindən daşınıb.
Medianews.az xəbər verir ki, mart ayında yayılan məlumatlara görə, müğənni villadan çıxaraq Bolqarıstana köçəcəkdir. Lakin villanın icarəyə verilməsi üçün yerləşdirilən elanlar saytlardan silinib.
Üstəlik, müğənninin qızı Kristina Orbakaite anasının ad günündə yayımladığı videoda həmin kompleksin ərazisi görünüb. Bu isə Puqaçovanın köçmək fikrindən daşındığını göstərir.
Medianews.az