Hindistanda pələnglə timsah arasında baş verən döyüş kameraya düşüb.
Medianews.az xəbər verir ki, hadisə Rantxambor milli parkında baş verib.
Pələng suya girərək timsaha hücum edib və onu xüsusi dişləmə texnikası ilə məğlub edib. Nəticədə timsah hərəkətsiz vəziyyətə düşərək sahilə çıxarılıb.
Mütəxəssislər bildirirlər ki, bu tip ov nadir hallarda baş verir, çünki timsahlar çox təhlükəli rəqib sayılır. Hadisə zamanı pələngin yaşlı və zəif görünməsinə baxmayaraq uğur qazanması diqqət çəkib.
VİDEO: https://lenta.ru/news/2026/05/22/shvatka-tigritsy-i-krokodila-popala-na-video/
Medianews.az