Medianews.az
Onu "Barselona" və "Real"a təklif ediblər
76 baxış

Onu "Barselona" və "Real"a təklif ediblər

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Dioqu Dalo İspaniya təmsilçiləri "Barselona" və "Real"a təklif olunub.

Təklif məşhur agent Xorxe Mendeş tərəfindən irəli sürülüb.

Bu transfer klublara 24 milyon avroya başa gələ bilər.

İspaniya nəhəngləri müdafiənin sağ cinahını gücləndirmək niyyətindədir. Kataloniya təmsilçisi Jül Kundenin çıxışından narazıdır, madridlilər isə Dani Karvahalın yerinə başqa futbolçu almağı planlaşdırır.

Xatırladaq ki, 2018-ci ildən "qırmızı şeytanlar"ın heyətində çıxış edən Dioqu Dalonun hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulub./Report

Bizə qoşulun