Medianews.az
O filmdə danışan Nəsibə Zeynalova deyilmiş... -
167 baxış

O filmdə danışan Nəsibə Zeynalova deyilmiş... - VİDEO

"O danışan Nəsibə Zeynalova deyilmiş..." - bu barədə sosial şəbəkələrdə maraqlı məlumat yayılıb.

Müzakirələrə səbəb olan görüntülərin "Güllələnmə təxirə salınır" filmindən olduğu bildirilib. Qeyd olunur ki, ekran işi 1993-cü ildə lentə alınmağa başlansa da, maliyyə çatışmazlığı səbəbindən çəkilişlər yarımçıq qalıb. Layihənin davamı illər sonra tamamlanıb və film 2003-cü ildə tamaşaçılara təqdim olunub.

Yayılan məlumata görə, filmin səsləndirmə prosesi zamanı Nəsibə Zeynalova səhhətində yaranan problemlər səbəbindən obrazını özü səsləndirə bilməyib. Bu səbəbdən həmin obrazın dublyajı üçün aktyor Qorxmaz Əlili dəvət olunub. Sosial şəbəkə istifadəçiləri uzun illər həmin səslə bağlı yanlış təsəvvür formalaşdığını qeyd ediblər.

Paylaşımda həmçinin vurğulanıb ki, bəzi mənbələrdə aktrisanın səsləndirməni edə bilməməsi onun vəfatı ilə əlaqələndirilsə də, film nümayiş olunanda Nəsibə Zeynalova hələ həyatda idi. İddialara əsasən, sənətkarın səhhəti buna imkan vermədiyi üçün obraz başqa aktyor tərəfindən səsləndirilib.

Mövzu qısa zamanda sosial şəbəkələrdə geniş maraq doğurub və izləyicilər arasında müzakirələrə səbəb olub./milli.az

Bizə qoşulun