Medianews.az
Niderlandın XİN rəhbəri İranın Naxçıvana dron hücumunu pisləyib
262 baxış

Niderlandın XİN rəhbəri İranın Naxçıvana dron hücumunu pisləyib

Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Medianews.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı tərəflər regionda artan gərginliklə bağlı fikir mübadiləsi aparıblar. Nazir Ceyhun Bayramov həmkarına Iran tərəfindən Azərbaycan ərazisinə qarşı həyata keçirilmiş dron hücumları və yaranmış təhlükəsizlik vəziyyəti barədə ətraflı məlumat verib.

Nazir Ceyhun Bayramov bu hücumların ölkənin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş qəbuledilməz addım olduğunu vurğulayıb.

Nazir Tom Berendsen vəziyyətlə bağlı narahatlığını ifadə edib, hücumları qətiyyətlə pisləyib. O, regional sabitliyin təmin edilməsinin əhəmiyyətini qeyd edib.

Niderland naziri bununla yanaşı Niderland vətəndaşlarının operativ qaydada təxliyəsinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib.

Telefon danışığı zamanı tərəflər həmçinin Azərbaycan ilə Niderland arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Bizə qoşulun