Medianews.az saytı Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumundan sonra hadisə yerindən çəkilmiş fotoları təqdim edir. Şəkillər AZƏRTAC-ındır.
Qeyd edək ki, İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına bu gün günorta saatlarında dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.
Hava Limanının binasına zərər dəyib, iki mülki şəxs xəsarət alıb.