Medianews.az
Məşhurlara qarşı narkotik əməliyyatı:
70 baxış

Məşhurlara qarşı narkotik əməliyyatı: 9 nəfər həbs edildi

Türkiyədə məşhur simalara qarşı aparılan narkotik araşdırması çərçivəsində saxlanılan 23 nəfərlə bağlı məhkəmə qərarı açıqlanıb.

Medianews.az xəbər verir ki, İstanbul Baş Prokurorluğunun başladığı istintaq çərçivəsində məhkəməyə çıxarılan şübhəlilərdən 9 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 14 nəfər isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb.

Həbs olunanlar arasında Murat Saygı, Həsən Vətən, Tolga Çam, Enis Ahmet Onat, Emre Tari, Reyhan Küçükyeğen, Mehmet Yıldız, Ramos Correira və Eren Yorulmaz yer alıb.

Araşdırma çərçivəsində saxlanılan tanınmış şəxslərdən aktrisa Beren Saat, müğənnilər Kənan Doğulu, Ayşe Hatun Önal, Berdan Mardini və Yaşar İpek, sosial media fenomeni Kerimcan Durmaz, aranjimançı Ozan Doğulu, aktyor Enis Arıkan və Selin Ciğerci məhkəmə nəzarəti altında sərbəst buraxılıblar.

Bundan başqa, CHP Ankara millət vəkili Adnan Bekerin oğlu Oğuzhan Beker və Ali Efe Bezci barəsində yaşayış yerini tərk etməmək şərti ilə ev dustaqlığı tədbiri tətbiq olunub.

Qeyd edək ki, əməliyyat İstanbul Polis İdarəsinin əməkdaşları tərəfindən İstanbul Baş Prokurorluğunun koordinasiyası ilə həyata keçirilib. İstintaq çərçivəsində saxlanılan şəxslərdən qan və saç nümunələri götürülərək ekspertizaya göndərilib.

Araşdırma davam edir.

Medianews.az

Bizə qoşulun