Medianews.az
Məşhur aktyor ölü tapıldı
102 baxış

Məşhur aktyor ölü tapıldı

“Netflix”in məşhur “Virgin çayı” (“Virgin River”) serialı ilə tanınan 45 yaşlı aktyor və prodüser Stüart Maklin Kanadada ölü tapılıb.

Medianews.az xəbər verir ki, mayın 15-dən itkin düşdüyü bildirilən aktyorun cansız bədəni Britaniya Kolumbiyası əyalətində, Vankuver yaxınlığındakı Lions Bay bölgəsində aşkarlanıb.

Kanada Kral Atlı Polisi (RCMP) Maklinlə bağlı itkin müraciətinin bazar ertəsi qeydə alındığını açıqlayıb. Axtarış işlərindən sonra hadisə yerində aparılan ilkin araşdırmalar nəticəsində iş İnteqrasiya olunmuş Qətl İstintaq Qrupuna (IHIT) təhvil verilib.

Hüquq-mühafizə orqanları hadisə yerində əldə olunan sübutlara əsasən, Maklinin qətl qurbanı ola biləcəyi ilə bağlı ciddi şübhələrin olduğunu bildirib. Bununla yanaşı, hadisənin ictimai təhlükəsizlik üçün ümumi təhdid yaratmadığı, təcrid olunmuş hal olduğu vurğulanıb.

Hazırda istintaq çərçivəsində aktyorun itkin düşməzdən əvvəlki son hərəkətləri, əlaqə saxladığı şəxslər və görüşləri araşdırılır. Əraziyə aid təhlükəsizlik kameralarının görüntüləri və şahid ifadələri toplanır.

Maklinin ölüm səbəbinin məhkəmə-tibbi ekspertizadan sonra dəqiqləşəcəyi bildirilib.

Medianews.az

 

Bizə qoşulun